AZ

İsveçrəli doktorun pasient qəbulu

İsveçrənin "Alpstein" Klinikasının baş həkimi və tibbi direktoru Dr. Ralf Oettmeyer 9-10 sentyabr tarixlərində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində autoimmun və nevroloji xəstəliklərdən əziyyət çəkən pasientləri qəbul edəcək. Məlumdur ki, parkinson, dağınız skleroz, revmatoid artrit, qırmızı qurd eşənəyi kimi autoimmun xəstəliklər, eləcə də kron və ulserativ kolit kimi iltihabi bağırsaq xəstəlikləri ölkəmizdə də geniş yayılıb. BTİMM-nin təşəbbüsü ilə tez-tez Bakıya gələn əcnəbi doktorun qeyd etdiyimiz bu xəstəliklərin müalicəsində böyük təcrübəsi var.Bu xəstəliklərdən əlavə pasientlər xərçəng xəstəliyin müalicəsindən sonrakı dövrdə orqanizmin bərpası ilə bağlı da doktor R.Oettmeyerə müraciət edə bilərlər.

Dünyanın məşhur mütəxəssislərindən sayılan doktor Ralfın Ölkəmizə gəlişinin digər bir səbəbi də sentyabrın 11, 12 və 13-də Badamdar otelin Qəbələ zalında onun spikerliyi ilə baş tutacaq 3 günlük konfransla bağlıdı.Yerli həkim və tibbi mütəxəssislər üçün nəzərdə tutulan bu tədbirdə doktor Ralf “Sinir və ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Tibb metodlarının effektivliyi” mövzusunda mühazirə deyəcək.
Öncədən qeydiyyat və ətraflı məlumat üçün: 📞 (050) 430 89 49; 📍Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri  

Saglamolun.Az





Seçilən
95
1
saglamolun.az

2Mənbələr