AZ

“Qalatasaray”ın futbolçusu “Benfika”ya keçir

"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Portuqaliyada davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, "Benfika" türk vingerin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

25 yaşlı ön xətt oyunçusu "Benfika" üçün tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Lissaabona yola düşüb.

Qeyd edək ki, "Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin sentyabr ayında "24 Erzincanspor"dan transfer edib. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 179 rəsmi matçda 46 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
83
1
bizim.media

2Mənbələr