AZ

Ağstafada avtomobillər toqquşdu: xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Ağstafa şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında 2 avtomobilin toqquşması nəticəsində, 1994-cü il təvəllüdlü X.Rızayev və 2001-ci il təvəllüdlü Ü.Salmanov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

**

Ağstafa şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, avtomobil qəzası nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəsinin təfərrüatları və zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
39
avtosfer.az

10Mənbələr