AZ

İsrail qaçqın düşərgəsini vurdu – Ölənlər var


İsrail ordusunun Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə hücumu nəticəsində azı 8 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Cəbəliyədəki sığınacağı qarşısında çörək növbəsində dayanan bir qrup insan İsrailin hədəfinə çevrilib.
Telekanalın məlumatına görə, 2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı ümumilikdə 40 min 786 nəfər ölüb, 94 min 224 nəfər yaralanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
26
yeniavaz.com

10Mənbələr