AZ

Paytaxtda ŞOK HADİSƏ: Yaşayış evlərini daşlayıb, sakinləri qorxudurlar

Paytaxtın Sabunçu rayonunda sakinlər qəribə və xoşagəlməz hadisə ilə qarşılaşıblar.

BAKU.WS xəbər verir ki, sakinlər iddia edir ki, gecələr naməlum şəxslər "Gülçülük massivi"ndə yaşayan sakinlərin evlərinin damlarını daşlayırlar və mənzillərin qapılarını döyüb qaçırlar.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yaranmış vəziyyət sakinlərdə qorxu və təşviş yaradıb. Onlar atılan daşlar onlara dəyər deyə gecə saatlarında küçəyə çıxa bilmirlər.

Massivdə yaşayanlar xoşagəlməz halla bağlı polisə müraciət etdiklərini, lakin problemin həllini tapmadığını bildiriblər.

Sözügedən ərazidən görüntülər təqdim edirik:


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
9
big.az

10Mənbələr