MDB ölkələrinin və BRICS-ə üzvlük və əməkdaşlıq üçün müraciət edən dövlətlərin liderləri təşkilatın Kazanda keçiriləcək sammitinə dəvət olunublar.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Qeyd olunub ki, iddiaçılar arasında Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada inteqrasiya birliklərinə rəhbərlik edən ölkələr var.
"Cebheinfo.az"