“Rusiya ordusu Poltavanın təhsil müəssisələrindən birini iki ballistik raketlə vurub. Hadisə nəticəsində 41 nəfər ölüb, 180 nəfər isə yaralanıb”.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.
"Rusiyanın Poltavaya hücumu ilə bağlı ilkin məlumat aldım. Hazırda mövcud olan məlumata görə, iki ballistik raket təhsil müəssisəsi və yaxınlıqdakı xəstəxana ərazisinə düşüb. Rabitə İnstitutunun binalarından biri qismən dağılıb", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, insanlar dağıntılar altında qalan insanlar var.
Zelenski qeyd edib ki, Ukrayna Rusiya Federasiyasına Qərb silahları ilə uzaq mənzilli zərbələr endirmək üçün tərəfdaşlardan icazə almalıdır ki, bu da onu rus terrorundan qoruya bilər.
Daşqın HəsənovMissiya.Az