AZ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib – FO

Sentyabrın 2-də Baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, Baş prokuror Muhsin Şentürk, digər hakim və prokurorlar iştirak ediblər.

Tədbir çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan prokurorluğun nümayəndə heyətinin rəhbəri Heydər Məmmədovu, eyni zamanda, tədbirdə iştirak edən Ali Məhkəmənin nümayəndə heyətinin rəhbəri, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərovu qəbul edib.

Daha sonra prokurorluğun nümayəndə heyəti Türkiyənin Baş prokuroru Muhsin Şentürk və Ali Məhkəmənin sədri Ömer Kerkezlə rəsmi görüşlər keçirib, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı sentyabrın 29-dan oktyabrın 2-dək Bakı şəhərində keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı barədə həmkarlara məlumat verilib, tədbirə qatılacaq Türkiyənin Baş prokuroru Muhsin Şentürklə konfrans barədə müzakirələr aparılıb. Həmçinin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin müstəsna tarixi əhəmiyyəti və həmin mötəbər tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi mövzusunda yüksək səviyyəli plenar sessiyanın keçiriləcəyi barədə həmkarlara ətraflı məlumat verilib.

DOĞRU.AZ

image-1725365949433818039_1200x630 image-17253659494998732948_1200x630 image-1725365949321493497_1200x630 image-1725365949724563349_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
49
dogru.az

10Mənbələr