Böyük Britaniya tərəfindən yaradılmış Ukraynaya Beynəlxalq Yardım Fonduna donorlar tərəfindən 1 milyard funt sterlinqdən çox vəsait yığılıb.
Azpost.info xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Sentyabrın 3-də Ukraynanın müdafiə naziri Rustem Umerovun Londona səfəri zamanı bu fonddan sovet 152 mm-lik artilleriya silahları üçün 120 min mərmi alınmasına 300 milyon funt sterlinq ayrılması barədə müqavilə imzalanıb.
Böyük Britaniyadan başqa, Avstraliya, Danimarka, İslandiya, Litva, Niderland, Yeni Zelandiya, Norveç və İsveç də 2022-ci ildə fəaliyyətə başlayan fonda vəsait ayırıb.
Azpost.info