Amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsindəki səhifəsində qələbə qazanacağı təqdirdə ABŞ prezidentliyinə namizəd Donald Trampın administrasiyasına mümkün təyinatını gözləyə bilməyəcəyini bildirib.
...Mən gözləyə bilmirəm. Hökumətdə aradan qaldırılmalı olan çoxlu israf və lazımsız tənzimləmə var.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Mask yazıb.
O, başqa bir sahibkar Mario Naufalın xüsusi komissiyanın yaradılması ehtimalı ilə bağlı “Washington Post” xəbərlərinə istinad edən yazısına belə cavab verib.
Bir gün əvvəl, sentyabrın 2-də qəzet məlumatlı mənbələrə istinadən xəbər verir ki, Tramp qalib gələrsə, rəhbərliyinə Maskın daxil ola biləcəyi hökumət proqramlarının yoxlanılması üçün xüsusi komissiya yaratmaq imkanını nəzərdən keçirir.
Nəşrin məlumatına görə, Tramp və onun müşavirləri bir neçə aydır ki, tanınmış biznes liderlərinin rəhbərlik etdiyi komissiyanın yaradılması haqqında danışırlar.
Əli Babayev