“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən Yunanıstanın “Olimpiakos” klubu heyətini gücləndirib.
News24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşhur futbolçu Villian heyətə cəlb olunub.
36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə “Çelsi”, “Arsenal” və “Fulhem” kimi klubların şərəfini qoruyub.
“Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.