AZ

Şenol Günəşin yeni klubu bəlli oldu

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Şenol Günəşə həvalə olunub.

72 yaşlı mütəxəssis bu postda Abdullah Avcını əvəzləyib.

Qeyd edək ki, Şenol Günəş daha əvvəl 4 dəfə müxtəlif vaxtlarda “Trabzonspor”un baş məşqçisi olub.

"Cebheinfo.az" 

Seçilən
92
34
cebheinfo.az

10Mənbələr