İmişli rayonunda bu il doğulan körpələrin sayı azalıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, cari ilin altı ayında rayonda 663 körpə dünyaya gəlib.
Ötən ilin müvafiq dövründə isə bu rəqəm 779 olub. Həmçinin cari ilin yanvar-iyun aylarında 369 ölüm halı qeydə alınıb. Ötən il isə bu rəqəm 404 təşkil edib.
Qeyd edəki ki, 2024-cü ilin yanvar-iyun aylarında İmişlidə əhalinin sayı 132 min nəfərə çataraq 2023-cü ilin müvafiq dövrünə nisbətən 294 nəfər və yaxud 0,2 faiz artıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun