“Gəncə” voleybol klubu heyətini əcnəbi oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, qərb təmsilçisi rusiyalı voleybolçu Anastasiya Atepalina ilə birillik müqavilə imzalayıb.
Ötən mövsümü Fransanın “Argentier 95” klubunda keçirən voleybolçu daha əvvəl Albaniyanın “Tirana” və “Skenderbeu” kollektivilərində forma geyinib,
Rusiyanın “Lokomotiv Angara” və “Yaroslavna TMZ” komandalarının şərəfini qoruyub.
“Gəncə” bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva və Xanım Cəlilovanı heyətinə qatıb.