AZ

Elton Conun bir gözü kor olub - FOTO

Britaniyalı müğənni Elton Con göz infeksiyası nəticəsində qismən kor olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində paylaşım edib.

“Yayda mən ciddi göz infeksiyası ilə üzləşdim və təəssüf ki, indi bir gözüm yalnız qismən görür”, - deyə məşhur musiqiçi bildirib.

Elton əlavə edib ki, sağalma prosesi ləng gedir və zədələnmiş gözün görmə qabiliyyətinin bərpası bir qədər vaxt aparacaq.

 


Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
8
bizim.media

10Mənbələr