AZ

Benyamin Netanyahu Britaniyanın İsrailə bəzi silahların satışını dayandırmasını qınayıb

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə bəzi silah satışlarını dayandırmaq qərarını utancverici adlandırıb. SİA xəbər verir ki, Baş nazir Britaniyanın bu qərarını səhv adlandırıb: “İsraillə, barbarlıq qarşısında özünü müdafiə edən demokratik bir ölkə ilə birlikdə dayanmaq əvəzinə, Britaniyanın bu səhv qərarı yalnız HƏMAS-ı daha da ruhlandıracaq”,- deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasındakı çıxışında Böyük Britaniyanın İsrailə bəzi silahların satışını dayandırdığını açıqlayıb. Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
sia.az

10Mənbələr