Ukrayna Xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Parlamentin spikeri Ruslan Stefançuk “Facebook”da yazıb:
“Ali Rada Ukraynanın Xarici İşlər Naziri D.İ.Kulabadan istefa məktubu aldı”.
O, sənədin fotosunu dərc edib və əlavə edib ki, ərizəyə qarşıdakı plenar iclaslardan birində baxılacaq.