AZ

Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU – VİDEO

Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Medianews.az xəbər veri ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bu barədə  Oxu.Az-a bildirilib.

Qeyd olunub ki, xəsarət alan hər iki vətəndaşın vəziyyəti orta-ağır qiymətləndirilir.

“Ötən gecə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq, İnstituta gətirilən 19 yaşlı oğlan sol bud sümüyünün orta üçdəbirinin yer dəyişən, sol qamış sümüyünün yuxarı üçdəbirinin açıq yerdəyişmiş sınıqları, sol baldırın çoxsaylı əzilmiş, cırılmış yaraları ilə daxil olub. Hazırda vətəndaşın reanimasiya şöbəsində müalicəsi davam edir.

17 yaşlı digər oğlan isə sağ bud sümüyünün üçdəbirinin çəp yerdəyişən sınığı ilə daxil olub. Hazırda travma şöbəsində müalicəsi davam edir. Xəsarət alan hər iki vətəndaşın vəziyyəti orta-ağır qiymətləndirilir”, – deyə məlumatda vurğulanır.

Seçilən
104
3
medianews.az

7Mənbələr