AZ

Bakıdakı tozlu hava ilə bağlı AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur. Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.

Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

"Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq  istiqamətli küləklərin  şimal-qərb küləkləri ilə  əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən  də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən  azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən  havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
12
adalet.az

10Mənbələr