AZ

Ukrayna XİN rəhbəri istefa verdi - FOTO

Sentyabrın 4-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.    Manset.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk şəxsi "Facebook" hesabından məlumat verib. Onun sözlərinə görə, Kulebanın istefası Ali Radada deputatlar tərəfindən müzakirə olunacaq. Əlava olaraq Zelenskinin Baş köməkçisi Rostislav Şurma, Baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olha Stefanişina və Baş nazirin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk da prezidentin fərmanı ilə vəzifəsindən azad edilib. Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Nazirlər Kabinetinin işçilərinin 50%-dən çoxu dəyişikliklərə məruz qalacaq və bu dəyişikliklər hökuməti gücləndirmək, Ukraynaya lazım olan nəticələrə nail olmaq üçün aparılır.  Qeyd edək ki,Ukrayna hökümətinə yeni təyinatlar sentyabrın 5-də həyata keçiriləcək.      Fidan Əliyeva

Manşet.az

 

Seçilən
110
19
manset.az

10Mənbələr