AZ

Bakı metrosunda sərnişinin halı pisləşdi

Bakı metropoliteninin "İnşaatçılar" stansiyasında orta yaşlı şəxsin halı pisləşib.

Ucnoqta.az xəbər verir ki, hadisə saat 11:45 radələrində "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda baş verib. 

Sərnişinlərin köməyi ilə o "Elmlər Akademiyası" metrosunda qatardan düşürülüb və metropoliten əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, son illər belə hallara daha tez-tez rast gəlinir. Ssərnişinlər Bakı metrosunda havalandırma sisteminin işləməməsindən, havasızlıqdan narazılıq edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
35
ucnoqta.az

10Mənbələr