AZ

"Benfika"nın yarımmüdafiəçisi ən pis məşqçinin adını açıqlayıb

"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Maria karyerası ərzində çalışdığı ən pis məşqçinin adını açıqlayıb. SİA xəbər verir ki, o, "Mançester Yunayted"də bir mövsüm rəhbərliyi altında oynadığı Lui van Qalın adını çəkib: “Ən pis məşqçi Van Qaldır, bunu sizə şübhəsiz deyə bilərəm. Bu barədə soruşmasaz da, deyim əvvəldən biləsiniz".

Di Maria 2014-2015-ci illərdə "Mançester Yunayted"də Van Qalın rəhbərliyi altında çıxış edib. Bu mövsüm onun karyerasının ən pis dövrlərindən biri olub. O, ən az oyun keçirib (32) və ən az qol vurub (4).

Niderlanlı mütəxəssis 2019-cu ildə BBC-yə verdiyi müsahibədə Di Marianın zəif oyununu Premyer Liqadakı təzyiqlə əlaqələndirib: "Onu hücumda bütün mövqelərə qoydum və heç birində məni inandırmadı".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
sia.az

3Mənbələr