Bakı. Trend:
Xızı-Abşeron külək elektrik stansiyasının tikintisi və istismarızamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün tədbirlərgörülür.
Bu barədə Səudiyyə Ərəbistanında yerləşən “ACWA Power”şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru Abid Malik Trend-əözəl müsahibəsində bildirib.
O qeyd edib ki, Xızı-Abşeron külək elektrik stansiyasıAzərbaycanın az karbonlu iqtisadiyyata keçidində mühüm addımdır,qalıq yanacaqlardan asılılığı və karbon emissiyalarını ildə 400 mintondan çox azaldır.
"Elektrik stansiyasının ildə 893 GVT təmiz enerji istehsaledəcəyi gözlənilir ki, bu da Azərbaycanın karbon emissiyalarınınazaldılması üzrə öhdəliklərinin yerinə yetirilməsinə əhəmiyyətlidərəcədə kömək edəcək", - o bildirib.
O əlavə edib ki, layihə tikinti və istismar mərhələsində minimaltəsiri təmin etmək üçün ətraf mühitin mühafizəsi, sosial sahə vəbiomüxtəliflik sahəsində ən yüksək dünya standartlarına cavabverir.
"Ətraf mühitə və cəmiyyətə dəyəcək təsirin qiymətləndirilməsiçərçivəsində biomüxtəliflik, hava keyfiyyəti, səs-küy, torpaq,suyun keyfiyyəti və sosial-iqtisadi şərtlər kimi amillər daxilolmaqla, əsas tədqiqatlar tamamlanıb. Tikinti və istismar zamanıpotensial təsirləri minimuma endirmək üçün tədbirlər görülür.
Biz yerli iş imkanlarını yaratmaq, texniki bacarıqları inkişafetdirmək və infrastrukturu təkmilləşdirməklə icmaların inkişafınıdəstəkləməyə çalışırıq. Layihə çərçivəsində maraqlanantərəflərlərlə başladılan geniş məsləhətləşmə Abşeron rayonununSitalçay, Xızı rayonunun Çaylı kəndlərinin nümayəndələrini, Kiçikvə Orta Biznesin İnkişafı Agentliyini (KOBİA) əhatə edən icmalarıninkişafı üzrə komitələrinin yaradılmasına gətirib çıxardı. Bukomitələr icmaların inkişafı və investisiya proqramlarınıdəstəkləmək məqsədi daşıyır", - o deyib.
“ACWA Power” beynəlxalq standartlara, o cümlədən, Avropa İnkişafvə Təşkilat Bankı (EİTB), Dünya Bankı və Beynəlxalq MaliyyəKorporasiyası (BMK) tələblərinə riayət edir. Layihədə vəhşi quşlarıqorumaq üçün “Identiflight” sistemi kimi qabaqcıl texnologiyalaristifadə olunacaq. Ətraf mühitin izlənməsi proqramları layihəninbütün dövrü boyunca standartlara uyğun olaraq həyatakeçiriləcək.
Xızı-Abşeron külək elektrik stansiyası 240 MW gücündə olacaq vəAzərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerjistansiyası olacaq. Stansiya illik 893 GВт-saat təmiz enerjiistehsal edəcək və karbon emissiyalarını illik 400 000 tondan çoxazaldacaq. 25 il müddətinə "tikinti-sahiblik-istismar" (BOO - Build– Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və “ACWA Power”tərəfindən idarə ediləcək.
Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızırayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbinası,optimal külək yığımını nəzərə alınaraq yerləşdiriləcək. LayihəAzərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sistemininmodernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektorunaxarici sərmayələrin artırılmasına töhfə verəck.
X: @Lyaman_Zeyn