AZ

Bonnda keçiriləcək Azərbaycanlı Həkimlərin III Forumu alman mətbuatında geniş yer aldı (FOTO)

Bakı. Trend:

14 sentyabr tarixində Bonn şəhərində keçiriləcək AzərbaycanlıHəkimlərin III Forumu alman mətbuatında geniş yer alıb. Bu forumAzərbaycandan olan təxminən 200 tibb mütəxəssislərini bir arayagətirəcək.

Trend xəbər verir ki, bu barədə Almaniyanın informasiyaportalları məlumat yayıb.

"Bu tədbir yalnız bir forum deyil. O, Azərbaycan ilə Almaniyaarasında mədəni körpülər quran tibb işçiləri arasında möhkəməlaqələri və təcrübə mübadiləsini simvolizə edir", – “Mein Berlin”nəşri yazır.

Alman mətbuatı azərbaycanlı həkimlərin Almaniyanın səhiyyəsisteminə olan əhəmiyyətli töhfəsini vurğulayır.

"Hazırda Almaniyada 2000-dən çox azərbaycanlı həkim çalışır vəyerli səhiyyə sisteminə dəyərli töhfələrini verir. Bu tədbirazərbaycanlı həkimlərin Almaniyanın səhiyyə sistemində artantəsirini vurğulayır və mədəni və peşəkar əlaqələri gücləndirməküçün imkan yaradır. Bundan əlavə, Azərbaycan Tibb Universitetinintələbələrinin hər il təxminən 60 faizi Almaniyaya gəlmək istəyiniifadə edir, bu da ixtisaslı işçi qüvvəsinin işə götürülməsitendensiyasını nümayiş etdirir", - “Hanauer Anzeiger” nəşriyazır.

“Nachrichten Heute” məqaləsində forumun keçən il Troisdorfşəhərindəki GFO klinikasının radiologiya, neyro-radiologiya və nüvətibb şöbəsinin baş həkimi və Almaniya Azərbaycanlıları Alyansınınsədri olan tibb elmləri doktoru Nuran Abdullayev tərəfindən təsisedildiyi vurğulanır. Hazırda forumun idarə heyətinə Elvin Hüseynovbaşçılıq edir. Məqalədə, həmçinin, Azərbaycanın Diasporla İş üzrəDövlət Komitəsinin sədri Fuad Muradov da daxil olmaqla, Azərbaycanhökumətinin nümayəndələrinin tədbirdə iştirak edəcəyi qeydedilir.

"Forum mövcud əlaqələri gücləndirmək və gələcək əməkdaşlıq üçünzəmin hazırlamaq məqsədini güdür. Bu, azərbaycanlı həkimlərinAlmaniyanın səhiyyə sisteminə verdiyi töhfəni tanımaq və bumütəxəssislərin Almaniya səhiyyə sisteminə uğurlu inteqrasiyasınıvurğulamaq üçün unikal bir fürsət olacaq", - “Kurier” nəşriyazır.

Bonnda
Bonnda
Bonnda
Bonnda
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
24
az.trend.az

10Mənbələr