AZ

Parlament seçkisi: "Seçki karuseli" edən qadınlar qrupu

Azərbaycanda erkən parlament seçkisi sentyabrın 1-də baş tutub. BBC müxbiri seçki günü 42 saylı Sumqayıt 1-ci Seçki Dairəsinin 4 məntəqəsində qrupla səs verən qadınları çəkib.

Mərkəzi Seçki Komissiyası ilkin nəticələrdə bu dairədən Hicran Hüseynovanın seçildiyini açıqlayıb. Eyni dairədən olan 3 namizəd isə seçkilərin saxtalaşdırıldığını bəyan edib.

Dairənin Sumqayıt 5 saylı tam orta məktəbdə yerləşən seçki məntəqələrinə bir qrup qadın gəlir. Kameramızı görən nəzarətçilər onları geri qaytarır.

Qadınlardan biri deyir ki, uzaqda yaşadığı üçün səs verə bilməyib, geri qayıdır.

Qrup məktəbin qapısının qarşısında dayanır, getmir, bəziləri telefonla danışır.

On dəqiqə sonra qadınlardan ibarət qrup yenidən məntəqəyə gəlir.

Sonra həmin qrupdan olan bəzi qadınlar gün ərzində azı iki dəfə eyni məktəbdə yerləşən fərqli məntəqələrdə səs verirlər.

Videoya YouTube kanalımızda baxın./bbc.com/

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
hurriyyet.az

2Mənbələr