İtaliya Seriya A təmsilçilərindən “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiç bir sıra klublardan gələn təklifləri rədd edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu ilə “Sauthempton”, “Ayntraxt” (Frankfurt), “Əl-Əyn” və Rusiya Premyer Liqası təmsilçiləri maraqlanıb.
Turin klubunun rəhbərliyi yaxın vaxtlarda 31 yaşlı yarımmüdafiəçini satmaqda qərarlıdır. Kostiçin karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variant “Qalatasaray” hesab edilir.
Kostiç 2022-ci ilin avqustundan “Yuventus”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin yayında başa çatır.
İngiltərə yığmasında Millətlər Liqası öncəsi 3 itki
“Nyukasl”ın müdafiəçisi Türkiyə klubu ilə anlaşıb
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçuları bir komandada
“Fənərbaxça” futbolçusunu serblərə satdı
Hummels İtaliya yolunda