"Fənərbaxça" "Qalatasaray"ın da gündəmində olan Filip Kostiçi heyətinə qatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Fənərbaxça" serb futbolçunun transferi üçün "Yuventus"la anlaşıb.
"Fənərbaxça" Kostiçi 1 illik icarəyə götürüb.
31 yaşlı cinah yarımmüdafiəçisi ötən mövsüm 33 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.
Filip Kostiçin "Yuventus"la müqaviləsi 2026-cı ilə qədər davam edir.