AZ

3 gündə 3 nəfəri öldürüb 4 nəfəri yaraladı

3 gündə 3 nəfəri öldürüb 4 nəfəri yaraladıİzmirdə bir-birinin ardınca baş verən qətl və yaralanma hadisələri xaosa səbəb olub. Bülənt Şengün adlı şəxs 3 gündə 3 nəfəri öldürüb, 4 nəfəri isə ağır yaralayıb. O həmçinin eyni müddət ərzində 4 silahlı soyğunçuluq cinayəti törədib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Şengün əvvəlcə Ayrancılar səmtində taksi qaçırıb, daha sonra taksi sürücüsü Arif Karabacakı boynundan silahla vuraraq öldürüb.

Hadisə yerindən qaçan şübhəli yolda dayanan yüngül ticarət avtomobilini qaçırıb. Sonra o Torbalıda marketə girərək soyğunçuluğa cəhd edib. Ona müqavimət göstərən market işçisi İlayda Alqara (27) silahla xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb. Ağır yaralanaraq xəstəxanaya çatdırılan Alqarın vəziyyəti ağır olaraq qalır.

Daha sonra o bankomatdan pul çıxaran Engin.K- ni öldürüb.

Qanlı gecədə həyatını itirən taksi sürücüsü Arif Karabacak və Engin K.-nın ailələri pərişan olub.

Bülent Şengün Menderes rayonunun Gümüldür qəsəbəsinə doğru qaçarkən polis qruplarının sıx təqibi nəticəsində saxlanılıb. Şengünün Menderes İlçe Polis Şöbəsində aparılan ilkin əməliyyatlardan sonra Asayiş Şöbə Müdirliyinə təhvil veriləcəyi öyrənilib.

Faktla bağlı istintaq başladılıb.

Seçilən
47
sonxeber.az

1Mənbələr