AZ

İlahə Fəda: "50 yaşım var, nə gündə olmalıyam ki?"

Uzun müddətdir Almaniyada yaşayan müğənni İlahə Fəda sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Kulis.az xəbər verir ki, müğənni özünə qarşı edilən tənqidləri cavablandırıb:

“Mənə deyirlər qocalmısan, bu nə gündədir. Anlamıram, 50 yaşım var, mən nə gündə olmalıyam ki? Mən yaşda insanların üzlərində qırışların olması normal deyilmi? İnsanlar alışıblar müğənni yanağını, dodağını böyütsün, vulqar görkəmdə olsun. Oktyabrda 51 olacaq. 50 yaşlı insanın üzündə qırış olar da. Yalançı olmaq, sevənlərimi aldatmaq istəmirəm. Həyatda da, səhnədə də beləyəm”. Lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
kulis.az

3Mənbələr