Kompüterlərə daha asan çıxış, dünya ölkələrinin müasirləşməsi və smartfonlardan istifadənin artması insanlara internetdən daha tez-tez və rahat istifadə etməyə imkan verib. Bununla belə, internetə giriş çox vaxt rabitə şəbəkələrinin mövcud inkişafı ilə əlaqədardır. Ötən ilin yanvar ayına olan məlumata görə, Çində təxminən 1,05 milyard, ABŞ-də isə 692 milyon internet istifadəçisi var.
İqtisadiyyat.az-ın araşdırmasına görə, ötən il dünya üzrə internet istifadəçilərinin sayı 5,4 milyard nəfərə yüksəlib ki, bu da 2005-ci ildən bəri ən yüksək göstəricidir. Bu pay dünya əhalisinin 67 faizini təşkil edir.
Halbuki, 2022-ci ildə dünyada internetdən istifadə edənlərin sayı 5,3 milyard nəfər olub.
Sosial şəbəkələr dünyada ən populyar onlayn fəaliyyətlərdən biridir və "Facebook" aktiv istifadəyə əsaslanan ən populyar onlayn şəbəkədir. Ötən ilin dördüncü rübünə olan məlumata görə, 3,07 milyard aylıq aktiv "Facebook" istifadəçisi var.
Ümumillikdə, 2005-ci ildən 2023-cü ilə qədər dünya üzrə internet istifadəçilərinin sayı belə olub:
İllər | İnternet istifadəçilərinin sayı |
2005 | 1 milyard nəfər |
2006 | 1,14 milyard nəfər |
2007 | 1,13 milyard nəfər |
2008 | 1,5 milyard nəfər |
2009 | 1,7 milyard nəfər |
2010 | 1,9 milyard nəfər |
2011 | 2,1 milyard nəfər |
2012 | 2,3 milyard nəfər |
2013 | 2,5 milyard nəfər |
2014 | 2,7 milyard nəfər |
2015 | 2,9 milyard nəfər |
2016 | 3,2 milyard nəfər |
2017 | 3,4 milyard nəfər |
2018 | 3,7 milyard nəfər |
2019 | 4,1 milyard nəfər |
2020 | 4,5 milyard nəfər |
2021 | 4,9 milyard nəfər |
2022 | 5,3 milyard nəfər |
2023 | 5,4 milyard nəfər |
Gözəl Həşimova