AZ

Macarıstan Aİ-nin miqrantlarla bağlı qərarına əməl etməyəcək

Budapeşt ölkəyə tətbiq edilən cərimələrə baxmayaraq, Avropa İttifaqının Ədalət Məhkəməsinin ölkəyə gələn qeyri-qanuni miqrantlara sığınacaq verilməsi ilə bağlı qərarının icrasına başlamaq niyyətində deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstan baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Dyorji Bakondi deyib.

“Macarıstan sərhəd təhlükəsizliyi sistemini ləğv etməyəcək, hətta bu, AB-nin cəzası anlamına gəlsə belə. Macarıstan Aİ Ədalət Məhkəməsinin miqrasiya ilə bağlı qərarına əməl etsə, sərhəd nəzarətini ləğv etməli olacaq və ölkə miqrantlarla dolub-daşmaq məcburiyyətində qalacaq. Bu, gettoların yaranmasına gətirib çıxaracaq”, - deyə Bakondi X social şəbəkəsində qeyd edib.

Macarıstan baş nazirinin müşaviri həmçinin vurğulayıb ki, Budapeştin mövqeyi “ictimaiyyətin iradəsini əks etdirir”. O əlavə edib ki, ölkə hökuməti Aİ-nin cəza tədbirlərinə etiraz etmək niyyətindədir. Bakondi bildirib ki, qeyri-qanuni miqrant qrupları getdikcə daha çox silahlı olub və təhlükəsizlik riskləri yaradır.

Onun sözlərinə görə, hazırda bu cür qeyri-qanuni immiqrant qrupları fəaliyyətlərini Macarıstan və Serbiya sərhədindən Xorvatiya ilə Bosniya və Herseqovina arasındakı sərhəd zonasına, həm də Şengen zonasının xarici sərhədinə keçirirlər.

Bundan əvvəl Avropa İttifaqının Ədalət Məhkəməsi miqrantların qəbulu qaydaları ilə bağlı əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə Macarıstana qarşı 200 milyon avro cərimə, eləcə də gündəlik 1 milyon avro məbləğində pul cəzası tətbiq edib.

Musavat.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
musavat.com

1Mənbələr