Oktyabrın 30-da Cənubi Afrika ölkəsi Botsvanada ümumi seçkilər keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, Prezident Mokgweetsi Masisi dövlət televiziyası BTV-də yayımlanan xalqa müraciətində oktyabrın 30-da ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.
Masisi seçki qutusunda yüksək iştirak nisbətinin olması üçün 30-31 oktyabr tarixlərinin bayram olacağını bildirib.
Prezidentliyə namizədlik üçün son müraciət tarixinin 28 sentyabr olduğunu qeyd edən Masisi parlament və yerli şura üzvlüyü üçün son müraciət tarixinin oktyabrın 4-ü olduğunu bildirib.
Masisi seçki prosesi başladığı üçün sentyabrın 5-də Milli Assambleyanın buraxılacağını açıqlayıb.