AZ

Bu dairədə nəticələrin ləğvi tələb edilir - MSK-ya şikayət olunub

"Bizdə 50-dən çox pozuntunun aktlarla, foto və videolarla qeydi var. Hamısını toplayıb Mərkəzi Seçki Komissiyasına (MSK) göndərmişik”.

“AzPolitika” xəbər verir ki, bunu 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə namizəd olmuş Şəhriyar Məcidzadə jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, bu gün, sentyabrın 4-də MSK-ya şikayət məktubunu göndərib:

Ş.Məcidzadə bildirib ki, şikayətdə nə yazmışıqsa, onun video və foto sübutu var: “Mən dairə üzrə nəticələrin ləğvini tələb edirəm. Hətta bu dairə üzrə MSK-nın quraşdırdığı vebkameralardan belə seçkilərin pozuntularını oturub müəyyən etmişik. Orada topa bülletenin atılması görünür. Bu faktlar nəzərə alınmasa, çox qırmızı yalan olar".

Xatırladaq ki, sözügedən dairədən bitərəf namizəd Anar Məmmədovun 15 minə yaxın səslə lider namizəd olduğu elan edilib.

MSK-nın saytında yerləşdirilən məlumatda Ş.Məcidzadənin 1200-ə yaxın səslə 4-cü sırada qərarlaşdığı görünür.

“AzPolitika.info”

Seçilən
115
3
azpolitika.info

4Mənbələr