AZ

"İstisu" mineral su zavodu müasir standartlarla təchiz edilib

Kəlbəcər rayonunda istifadəyə verilən yeni “İstisu” mineral su zavodu ən müasir standartlara uyğun şəkildə inşa edilib.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə rayona təşkil olunmuş mediatur çərçivəsində “İstisu” mineral su zavodu ilə tanışlıq zamanı məlumat verilib. Media nümayəndələrinə zavod haqqında ətraflı məlumat təqdim edilib və iş prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
fins.az

3Mənbələr