"Mançester Yunyted"in futbolçusu Kazemiro karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Times" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi 32 yaşlı dayaq yarımmüdafiəçisini icarəyə götürmək üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Braziliya millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 87 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi