Müəllif: Tamara Mustafayeva, Banco.az
“OPEC+” oktyabrda planlaşdırılan neft hasilatının artırılmasını təxirə salmağı düşünür.
Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın rəhbərliyi altında birgə fəaliyyət göstərən ölkələrdən ibarət “OPEC+” qrupu neft qiymətlərinin ötən 9 ayda ən aşağı səviyyəyə düşməsi səbəbindən oktyabr ayı üçün nəzərdə tutulan neft hasilatının artırılmasını təxirə salmağı düşünür.
Üç “OPEC+” mənbəsinə əsaslanan xəbərə görə, təxirə salınmanın iki səbəbi var.
Qeyd edək ki, qurum ötən həftə oktyabr ayı üçün nəzərdə tutulan gündəlik 180 min barel artımı çatdırmağa hazır görünürdü. Lakin Liviyada neft obyektlərinin bağlanması və zəif tələb proqnozu nəticəsində yaranan qiymət dalğalanmaları narahatlıqlara yol açaraq təxirə salınma ideyasının gündəmə gəlməsinə səbəb olub.