AZ

İsmayıllıda ƏMƏLİYYAT - Vəzifəli şəxslər saxlanıldı - YENİLƏNİB

İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

News365.az-ın “Qafqazinfo”ya isinadən məlumatına görə, keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirir.

News365.az-ın məlumatına görə, Bələdiyyə və  İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Seçilən
82
4
news365.az

10Mənbələr