Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev hökumətindəki bir sıra istefalara münasibət bildirib.
Sfera.az xəbər verir ki, Ukrayna lideri Telegram kanalında yaxınlaşan payızın son dərəcə vacib olduğunu qeyd edib. Zelenski vurğulayıb ki, bu ərəfədə Ukrayna hökumətində kadr dəyişiklikləri zəruridir.
Zelenski həmçinin ofisində yenidən dəyişikliklər gözlədiyini açıqlayıb. Belə ki, o öz ofisinin sədr müavini Rostislav Şurmanın istefası haqqında fərman imzalayıb.
Qeyd edək ki, bu gün səhər Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb. Bundan əvvəl isə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər.
Əzizə