Polşada məşhur model və televiziya ulduzu Paulina Lerx əri tərəfindən güllələnərək öldürülüb. Qatil arvadı Lerxin ardınca özünü vurub.
Polşa ictimaiyyəti Top Model yarışması ilə məşhurlaşan model və televiziya ulduzu Paulina Lerxin faciəli sonluğundan danışır.
33 yaşlı Lerxin və 47 yaşlı həyat yoldaşı Slawomirin cansız cəsədləri ailəsinin bir həftədir ki, onlarla əlaqə qura bilmədikləri ilə bağlı müraciətindən sonra Poznan şəhərindəki evində tapılıb.
Polis Sławomirin həyat yoldaşını, sonra isə özünü güllələdiyini düşünür. Cütlüyün cəsədlərinin yanından silah tapılıb və evin içəridən kilidləndiyi bildirilib.
Səlahiyyətlilər cütlüyün birlikdə intihar etmə ehtimalını da qiymətləndirir. Polis ümid edir ki, cütlüyün ölümü ilə bağlı sirr cəsədlərin tibbi ekspertizasının nəticələri ilə aydınlaşacaq.
Polşa mətbuatının məlumatına görə, Slavomir ötən ilin yazında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb və avqustda azad edilib.
Paulina Lerxin son illərdə 20 kilo arıqlaması müzakirələrə səbəb olmuşdu.