AZ

Zaxarova: “Dnestryanı ərazilərdə istənilən təxribat Rusiyaya hücum kimi qəbul ediləcək”

“Dnestryanı ərazilərə qarşı istənilən təxribat Rusiyaya hücum kimi qəbul ediləcək”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

“Xatırlatmaq istərdik ki, Dnestryanı bölgədə Rusiya sülhməramlılarından əlavə 220 mindən çox Rusiya vətəndaşı yaşayır. Odur ki, oraya istənilən təxribat beynəlxalq hüquqa uyğun olaraq Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcəkdir”, - Zaxarova qeyd edib.

Rusiyalı diplomatın sözlərinə görə, Moldovanın radikal siyasətçiləri guya Ukrayna Silahlı Qüvvələrinin köməyi ilə Dnestryanıda “Rusiyanın hərbi mövcudluğundan xilas olmağa” çağırırlar.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
bizim.media

2Mənbələr