Xəbər verdiyimiz kimi, Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyədə rəsmi səfərdədir.
“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, səfər çərçivəsində ölkələr arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.
Mərasim Ankarada baş tutub. İmzaları iki ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi imza atıblar.
Qeyd edək ki, iki lider arasında baş tutan görüşün nəticələrinə dair toplamda 18 anlaşma imzalanıb.