Baş rollarda Afra Saraçoğlu və Mert Ramazan Demirin yer aldığı “Yalı Çapkını” serialının yeni sezonuna sayılı günlər qalıb. Sentyabrın 13-də yayımlanacaq yeni bölümdə Diyar obrazını canlandıracaq aktrisa bəlli olub.
Medianews.az publika.az-a istinadən xəbər verir ki, Pelin Akil “Yalı Çapkını”nın heyətində yer alacaq. O, Feritin çox dəyər verdiyi Diyara həyat verəcək. Kulisdən sızan məlumata görə, Pelin Akilin səhnələri bu gün başlayır.
Bununla bağlı aktrisa özü də açıqlama verib.
Dünən axşam jurnalistlərin suallarını cavablandıran Akil yeni ortaqlıqdan da danışıb. O, möhtəşəm hekayə ilə tamaşaçı qarşısına çıxdığını qeyd edib.
Yeni sezonda Afra Saraçoğlunun canlandırdığı Seyranın həyatına isə Sinan obrazı daxil olacaq. Bu rolu canlandıracaq. Onun çəkilişlərinə artıq start verilib.
2019-cu ildən “Çukur”, “Duran”, “Hakim”, “Mahkum” kimi bir sıra seriallarda rol alan Cem Söküt son olaraq rejissoru Hande Türkel, ssenaristləri Cem Özüduru və Ozan Ağaç olan “Barda” filmində rol alıb.