AZ

Türk serialları mövsümə tənqidlərlə başladı - Nəyi təbliğ edirlər? - FOTO

Türk serialları yeni mövsümə tənqidlə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işlərinin ssenariləri artıq təkcə izləyicilər tərəfindən deyil, rəqib serialların heyəti tərəfindən də tənqid atəşinə tuş gəlir.

Əsas iradlar məhz layihələrdə ilk bölümlərdə təhsil üçün mübarizə aparan qadınların daha sonra ailə həyatı qurmağa fokuslamasına yönəlib. Buna misal olaraq "Kızılcık şerbeti"ndə "Doğa", "Yalı çapkını"nda "Seyran" obrazlarını göstərmək olar. Hər iki obraz serialda 2 dəfə ailə qurub və təhsillə bağlı məqsədləri demək olar ki, ssenaridən çıxarılıb.

Həmçinin "Kızılcık şerbeti"ndəki "Kıvılcım" obrazının ideal iş qadınından hər mövsüm yeni eşqə yelkən açan birinə çevrilməsi bəyənilməyib. 

"Bahar" serialının rejissoru Neslihan Yeşilyurt isə reytinqlərdə onları ötən "Bir gecə masalı"na söz atıb.

O, paylaşımında "Köşə yazılarında əxlaq gözətçisi kimi çıxış edənlər, məncə, seriallarda qadın obrazlarının dekolteli olmasından danışmaqdansa, elə dünən həddi-büluğa çatan gənc qızların ekranlarındakı dəstəmaz səhnələrindən yazmalısınız" deyə, bildirib.

Belə ki, serialda "Bahar" obrazını canlandıran aktrisa Demet Evqarın ekranda kombinezonda görünməsi bəyənilməyib.

Tənqid edənlər arasında Murat Soner də yer alıb. Tənqidçi də "Bir gecə masalı" ilə bağlı fikirlərini sərt şəkildə ifadə edib. O, baş rol aktyorları Burak Denizlə (33 yaş) Su Burcu Yazqın Coşkun (19 yaş) arasındakı yaş fərqinə toxunub. Həmçinin o, makiyajla qızın yaşının artırmağa çalışılmasının da uğursuz addım olduğunu vurğulayıb. O, aktrisanın gecə vaxtı mağarada dəstəmaz alakən belə üzündəki makiyajın silinməməsinə diqqət çəkib. 

İzləyicilər də aktyorlar arasındakı yaş fərqini qınayıb, ekran işini pedofilliyi təbliqdə günahlandırıblar.

İzləyicilər həmçinin, yeni mövsümdə serialların keyfiyyətindən şikayətçidir. Onlar ekranda güclü qadın obrazı görmək istədikləri halda hər vəziyyətdə kişidən yardım istəyən, onun köməyinə ehtiyac duyan obrazlardan bezdiklərini ifadə ediblər. Həmçinin son vaxtlar ekran işlərində əxlaq normalarının gözlənilməməsi sevgi münasibətlərinin 2 deyil, bir neçə insan arasında keçməsi bəyənilməyib. 

Sözügedən seriallarla bağlı yazılan şərhlərdən bir neçəsini təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
79
1
milli.az

10Mənbələr