Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb.
Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, sənədlər müxtəlif sahələri əhatə edir.
Həmçinin Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.
Müqavilələr Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.
Qeyd edək ki, bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sentyabrın Ankaraya rəsmi səfər edib.