AZ

Ermənistandan Lavrovun Zəngəzur mesajına cavab: “Olmaz”

Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı xarici işlər naziri Sergey Lavrov Ermənistanın təxribatla məşğul olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Qaqik Melkonyan deyib.

“Nikol Paşinyan son mətbuat konfransında Lavrova istinadla söylədi ki, başqa ölkələri şantaj etmək olmaz. Bu siqnal Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarovaya da göndərilib ki, Ermənistan haqqında belə pis söz demək olmaz”, - Melkonyan vurğulayıb.

Rusiya xarici işlər naziri avqustun 19-da Bakıda olarkən Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı anlaşmanı sabotaj etməkdə ittiham etmişdi:

“Ermənistan rəhbərliyi Paşinyanın Sünik bölgəsindən (Zəngəzur) keçən kommunikasiyaların açılması ilə bağlı imzaladığı müqaviləni sabotaj edir”.

Avqustun 31-də Ermənistan baş naziri mətbuat konfransında bildirmişdi ki, başqa ölkələr haqqında, xüsusən də Rusiya kimi ölkə haqqında təhqir və sarkazm dili ilə danışmaq olmaz.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
teleqraf.com

1Mənbələr