AZ

Yeni baş məşqçimiz ağırlığını ortaya qoya biləcək? - Millimiz çətin sınaq qarşısında

"Sabah milli komandamız Millətlər Liqasında ilk matçına çıxacaq. Yavaş-yavaş havaya girmək, mümkün ssenarilərə hazırlaşmaq lazımdı. Hər şey ola bilər." 

News365.az xəbər verir ki, bu fikirləri idman eksperti Kənan Məstəliyev bildirib. 

"İsveçi tarixin ən tərbiyəsiz, bacarıqsız, yüzüzlü məşqçisi olan De Byazinin vaxtında uda bilmişiksə, bu dəfə də nəsə eləmək olar. Bəli, həmin matçda qonaqların motivasiyası qalmamışdı, nəticə xüsusi əhəmiyyət kəsb etmirdi, ona görə də ciddi yanaşmamışdılar. Belə baxanda indi də xüsusi köklənmə hiss olunmur. 

Rəqib yaxşı komandadı, daha yaxşı, daha keyfiyyətli oyunçulardan təşkil olunub, qələbəyə daha yaxın tərəfdilər. Üstəlik, bizim də itkilərimiz var, heyətə yeni oyunçular dəvət olunub, milli komanda "yüngülvari perezaqruzka" dövrünü keçir. Məhz bu məqamda hörmətli Fernandu Santuşun böyük təcrübəsi ön plana çıxacaq. Ondan böyükhesablı qələbə gözləmirik, amma yığmanın boşuna toplanmadığını da görməliyik. Taktiki intizam təmin olunsa, matçdan xal və xallarla ayrıla bilərik. Əksi də ola bilər. Amma biz ortada nəsə işin olduğuna şahidlik etməliyik. Qısası, yeni baş məşqçimiz ağırlığını ortaya qoymalıdı."

Seçilən
118
news365.az

1Mənbələr