AZ

Ağstafa rayonunda qışa hazırlığın vəziyyəti və bir sıra vacib məsələr müzakirə olunub

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Seymur Orucovun başçılığı ilə keçən iclasda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı giriş nitqində Şuranın gündəliyində duran məsələləri diqqətə çatdırıb. Təklif olunan məsələlərin müzakirəsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub. Sonra söz məruzəçilərə verilib.
Öz növbəsində rayonun qışa hazırlığının vəziyyətinə dair – Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət Sahəsinin rəisi Anar Qocayev, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Fərid Eyyubov, Ağstafa Elektrik Şəbəkəsinin rəisi Tural Həsənov, 27 saylı Yol İstismar MMC-nin direktoru Alı Mərdalıyev, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Həcər Namazova onlara aid sahələr üzrə vacib məqamları diqqətə çatdırıblar.
Gündəlikdə duran digər məsələlər – “Rayonda epizodik vəziyyət, heyvandarlıq sahəsində vaksinasiya və zoobaytar tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlərə dair” Ağstafa Rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətləri İdarəsinin rəisi Şəfayət Bağırovun, ”Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən rayonda yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və aqrar sahədə, xüsusi ilə taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə” Azərbaycan Respublikası FHN Gəncə Dövlət Nəzarəti İdarəsinin yanğın inspektoru Xaliq Omarovun məruzələri dinlənilib.
Aparılan geniş müzakirələrdə vurğulanan müsbət nəticələrlə yanaşı,  mövcud çatışmazlıqlarla bağlı aidiyyəti üzrə məsul şəxslərə iradlar bildirilib, problemlərin ən qısa zamanda aradan qaldırılması istiqamətində nəzarət qaydasında konkret tapşırıqlar verilib.
İclasın gündəliyində duran məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

 

Seçilən
168
3
veteninfo.az

4Mənbələr