AZ

"Bu, dövlət başçımız tərəfindən Kəlbəcər sakinlərinə çox böyük hədiyyə olacaq" -Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışının planlaşdırıldığını bildirib.

OXU24.COM xəbər verir ki, nazir AzTV-yə müsahibəsində həmin məktəblər barədə bunları deyib:

"Şuşada 1 nömrəli məktəb və Xankəndidə tarixən azərbaycandilli məktəb olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərində, Sus və digər kəndlərimizdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb.

Bu məktəblərimizin hər birində bir neçə yüz şagirdin olmasını gözləyirik. Artıq Füzuli, Laçın, Cəbrayıl şəhərlərində məktəblərimizin açılması planlaşdırılır. Coğrafiyamız kifayət qədər genişlənir".

Emin Əmrullayev Qarabağda builki şagird sayının minlərlə ölçüləcəyini diqqətə çatdırıb.

"Kəlbəcər şəhərindəki məktəbimiz fərqli model üzərində qurulur. Burada uşaq bağçası, məktəbəqədər təhsil, və məktəb bölmələrini özündə birləşdirəcək kompleks dövlət başçımız tərəfindən Kəlbəcər sakinlərinə çox böyük hədiyyə olacaq. Qarabağ Universitetində də bütün hazırlıq prosesi bitib, 1200 nəfər tələbə və 150 nəfər müəllim və heyətlə builki tədrisə başlamağı planlaşdırırıq", - deyə nazir vurğulayıb.

Ərtaflı videoda:

Seçilən
195
3
oxu24.com

10Mənbələr