Tualetə şorba və ya qaynar su tökmək kanalizasiya sistemini zədələyir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə danışan biotexnoloq Mariya Zolotareva ruslara qidanın bu şəkildə utilizasiyasının təhlükələri barədə xəbərdarlıq edib.
Deyib ki, bulyonun tərkibində olan piylər və yağlar boruların daxili divarlarında bərkiyə, tullantıları toplaya və tıxanma əmələ gətirə bilər. Beləliklə, drenajların axını pozulur və çürümə prosesi başlayır.
"Ona görə də yaxşı olar ki, qablarda qalan yağı silib kağız salfetlə yığasınız. Əgər yağ və ya şorba çox qalıbsa, onu ayrıca qaba töküb möhkəm bağlayıb vedrəyə və ya zibil qabına atmaq lazımdır", - deyə ekspert izah edib.
Zolotaryeva qeyd edib ki, boruların materialı imkan verərsə, makaron və ya kartof bişirildikdən sonra qaynar suyun boşaldılması mümkündür. Bununla belə, borular PVC-dən hazırlanırsa və lavabonun qabı keramikadan, süni akril daşdan, şüşədən və ya ağacdan hazırlanırsa, bunu etməkdən çəkinməlisiniz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun