AZ

İmişlidə avtomobil dirəyə çırpıldı: xəsarət alanlar var

Bakı. Trend:

İmişli rayonunda minik avtomobilinin işıq dirəyinə çırpılmasıilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisəbu gün saat 18 radələrində İmişli-Qaravəlli-Mirili avtomobilyolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı minik avtomobili idarəetmədənçıxaraq dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər -Abbasov Ümüd Namiq oğlu və Fətullayev Orxan Vüqar oğlu İmişli RayonMərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
16
az.trend.az

10Mənbələr